Mədə kiçiltmə əməliyyatıyla bağlı bilinməyənlər-VİDEO
    • 20-08-2018, 16:57
    • 1 250

Mədə kiçiltmə əməliyyatıyla bağlı bilinməyənlər-VİDEO

Son zamanlar mədə kiçiltmə əməliyyatı, trend hala gəlib desək yanılmarıq.

Artıq köklük deyildikdə ağıla ilk olaraq pəhriz əvəzinə mədə kiçiltmə əməliyyatı gəlir.

Ancaq bunun da öz qaydaları var.

Bəs mədə kiçiltmə əməliyyatını kimlər etdirə bilər?

Minimal çəki nə qədər olmalıdır?

Mövzu ilə bağlı  açıqlama verən ümumi və transplant, bariatrik və estetik cərrahı Bəhruz Səlimov, mədə kiçiltmə əməliyyatında çəki qədər hündürlüyün də əhəmiyyətli olduğunu bildirib:

 “Belə ki bədən kütlə indeksi hesablanır. Bədən kütlə indeksini hesablamaq üçün çəki, hündürlüyün kvadratına bölünür. Normal bədən kütlə indeksi 18.5 - 25 arasında olmalıdır. 25-30 arası BKİ (Bədən Kütlə İndeksi) olan insanlar artıq çəkili - kök, 30-35 arası 1-ci dərəcəli piylənmə, 35-40 arası 2-ci dərəcəli piylənmə, 40 dan böyük olanlar 3 -cü dərəcəli piylənməyə aid edilir. Əməliyyat 3-cü dərəcəli piylənmə olanlar üçün birbaşa göstərişdir. Digər piylənmə dərəcələrində vəziyyətdən asılı olaraq nisbi göstəriş olur”.

Mütəxəssis, son zamanlar xəstə müraciətlərinin xüsusilə artdığını diqqətə çatdırıb.

“Düşünürəm ki bu xəstələrin maariflənməsindən irəli gəlir. Maarifləndirici məlumatların yayılması piylənmədən əziyyət çəkən insanların sağlamlıqlarının necə qeydinə qalmasını öyrədir. Bunu sevindirici hal kimi qəbul etmək lazımdır, - deyə Dr.Səlimov vurğulayıb.
Bir çox pasiyent isə məhz əməliyyatdan sonra hansısa problemin yaranıb-yaranmadığı ilə maraqlanır.Bəhruz bəy, bu növ əməliyyatdan sonra ağciyər xəstəliklərində nisbi həssaslığın artmasının müşayiət oluna biləcəyini diqqətə çatdırıb:

 "Bu səbəbdən ağciyərin tənəffüs gimnastikası ilə məşğul olmaları və aktiv həyata dönmələri məsləhət görülür.  Uzun müddətli yataq rejimi belə xəstələrin sağlamlığı üçün təhlükəli ola bilər. Bunu çoxsaylı təcübələrimə əsasən də əmiliklə deyə bilərəm”.

Psixoloq.az