-
- 18-05-2019, 11:09
- 1 278
Azərbaycanda son 6 ildə 2 minə yaxın bariatrik cərrahiyyə əməliyyatı aparılıb FOTO - VİDEO
2018-ci ildə dünyada 500 min Bariatrik Cərrahiyyə əməliyyatı aparılıb. Onlardan təkcə 228 mini ABŞ-a aiddir.
News24.az-ın xəbırinə görə, bunu Bakı Konqres Mərkəzində Bariatrik-Metobolik Cərrahiyyə Assosasiyasının sədri Taryel Ömərov 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə kongresində deyib.
O bildirib ki, Azərbaycanda ortalama son 6 ildə 2 minə yaxın bariatrik cərrahiyyə əməliyyat həyata keçirilib:
“Bu o deməkdir ki, ölkəmizdə 2 minə yaxın bədən kütlə indeksi 40 -ın üzərində olan insan əməliyyat olunub. Bariatrik cərrahi əməliyyat sadəcə bir estetik əməliyyat deyildir. Piylənmədən əziyyət çəkən insanlarda, kardioloji problemlər, ikinci tibb şəkərli diabet, yağlı qaraciyər sindromu kimi çox ağır xəstəliklər baş verir ki, piylənmənin qarşısı alınmadan bu xəstəliklər aradan qalxmır.
Bu durumda mütləq şəkildə hər kəs əməliyyat olunmalıdır deyə bir şey yoxdur. Dietadan effekt ala bilməyən insanların bədəni kütlə indeksini keçənlər, bu əməliyyata məruz qalırlar. Ondan sonrakı dövrlərdə də müxtəlif növ əməliyyatlar aparmaqla öz sağlamlıqlarına qovuşurlar. Dünyada artıq 70 ildir ki, bariatrik cərrahi əməliyyat gündəmdədir. Bu 70 ilin son 6 ili Azərbaycan da Dünya bariatrik cərrahiyyə cəmiyyətinə öz töhfəsini verib”.
Afaq Mirayiq