Qusarda 4 evdən 25 min manatlıq qızıl OĞURLANDI - FOTO
    • 7-10-2019, 15:27
    • 1 900

Qusarda 4 evdən 25 min manatlıq qızıl OĞURLANDI - FOTO

Qusarda  evdən oğurluq edən şəxs saxlanılıb.
 
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan News24.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-sentyabr ayları ərzində rayon ərazisində 4 evdən ümumi dəyəri 25.000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Efəndiyev saxlanılıb.

O, törətdiyi cinayət əməllərini etiraf edib. Mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində və Quba rayonu ərazisində dəyərindən ucuz qiymətə satan Ş.Efəndiyev əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.

Araşdırma aparılır.