2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olundu
    • 27-09-2019, 23:48
    • 1 302

2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olundu

Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin edilib.

News24.az xəbər verir ki, yeni rəis ədliyyə polkovnik-leytenantı Asif Quliyevdir. Yeni rəis bundan öncə məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb.

O, yeni işində ədliyyə polkovniki Ruslan Rəsulovu əvəz edib.