Putindən özünə ad günü hədiyyəsi - MAAŞINI ARTIRDI
    • 8-10-2019, 12:19
    • 1 385

Putindən özünə ad günü hədiyyəsi - MAAŞINI ARTIRDI

Ötən gün 67 yaşını qeyd edən Rusiya prezidenti Vladimir Putin özünə ad günü hədiyyəsi edib. 

News24.az "RİA"-ya istinadən xəbər verir ki, V.Putin maaşını 4,3 faiz artıran fərman imzalayıb.

Putinin imzaladığı fərmana əsasən, Rusiyada prezident və baş nazir vəzifələri üçün ödənilən maaşlar artırılıb.

Həmçinin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, Federal Təhlükəsizlik Xidmətinin (FSB) bəzi vəzifəli şəxslərin maaşlarında da eyni nisbətdə artım olub.

Vladimir Putin prezident səlahiyyətlərinə görə ötən il 8.6 milyon rubl (təqribən 225 min manat) qazanıb.