İtkin düşən balıqçının axtarışları helikopterlə DAVAM ETDİRİLİR - FHN
    • 23-10-2019, 15:08
    • 636

İtkin düşən balıqçının axtarışları helikopterlə DAVAM ETDİRİLİR - FHN

Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

FHN-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır.

Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən gündəlik sahilboyu ərazilərdə vizual axtarışlar həyata keçirilir.


Əlavə məlumat veriləcək.