Yeni Baş Nazirin sabah ilk səfəri olacaq
    • 8-10-2019, 20:32
    • 747

Yeni Baş Nazirin sabah ilk səfəri olacaq

Gürcüstanın yeni Baş Naziri Georgi Qaxariya ilk rəsmi səfərini oktyabrın 9-da Azərbaycana edəcək.

News24.az xəbər verir ki, siyasətçi növbəti həftə Ermənistana, cari ayın sonlarında Türkiyəyə gedəcək.

Məlumata görə, Qaxariyanın səfər planında Brüssel də yer alıb. Bundan əlavə bildirilir ki, o, Rusiyaya səfər etməyəcək.

Qeyd edək ki, G. Qaxariya sentyabrda Baş Nazir seçilib. Buna qədər o, Daxili İşlər naziri olub.