Tramp tapşırdı, o da səfərini ləğv etdi
    • 25-08-2018, 18:00
    • 981

Tramp tapşırdı, o da səfərini ləğv etdi

Pompeo gələn həftə Pxenyana səfər etməli, ardından isə Yaponiyaya gedərək ölkənin xarici işlər naziri Taro Kono ilə KXDR səfərinin nəticələrini müzakirə etməli idi

 ABŞ-ın dövlət katibi Maykl Pompeo avqustun 27-nə planlaşdırılan Şimali Koreya səfərini ləğv etmək qərarına gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Pompeo telefon danışığı zamanı Yaponiyanın xarici işlər naziri Taro Konoya deyib.

Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp dövlət katibi Maykl Pompeoya Vaşinqtonun Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə yetərli irəliləyişi görmədiyi üçün KXDR-ə səfərini ləğv etməyi tapşırmışdı.

Pompeo gələn həftə Pxenyana səfər etməli, ardından isə Yaponiyaya gedərək ölkənin xarici işlər naziri Taro Kono ilə KXDR səfərinin nəticələrini müzakirə etməli idi.