Ana 2 oğlunu boğdu:
    • 9-10-2019, 10:19
    • 963

Ana 2 oğlunu boğdu: "Öldürmək kartof çipsi yeməyə bənzəyir" - FOTO

Altı uşaq anası iki yeniyetmə oğlunu sapla boğaraq öldürüb.

News24.az "Mirror Online"-a istinadən xəbər verir ki, İngiltərədən olan 34 yaşlı Sarah Barrass qalan uşaqları da öldürməyə cəhd edib.

Qadın məhkəmə iclasında günahını etiraf edib. S.Barras övladlarını qan damarlarının tikilməsi üçün istifadə olunan sapla boğub.

Cinayət törədilməzdən əvvəl qadın öz feysbuk səhifəsində Stiven Kinqin "Günbəzin altında" kitabından sitat gətirib: “Öldürmək kartof çipsi yeməyə  bənzəyir; bir dəfə istifadə etdikdən sonra dayana bilməzsən".

Qadının ömürlük həbs cəzası alacağı bildirilir.