USD 1.7
EUR 1.9044
TRY 0.2527
RUB 0.0248
  • Bakı 19°C
  • ŞUŞA 14°C
  • GƏNCƏ 20°C
  • LƏNKƏRAN 18°C
  • ŞƏKİ 17°C
  • QUBA 16°C
  • NAXÇIVAN 14°C

DİN: Ötən gün yol qəzalarında 3 nəfər ÖLDÜ

KRİMİNAL

Mətn ölçüsü

Oktyabr ayının 8-dən 9-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.     

DİN-in Mətbuat Xidmətindən  News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb.
  
Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
    
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Xəbəri paylaş: