Tovuzda rəisin polis oğlunu bıçaqladılar
    • 11-10-2019, 01:03
    • 1 317

Tovuzda rəisin polis oğlunu bıçaqladılar

Tovuz rayonunda kütləvi dava olub. Kür çayının sahilində 3 nəfərin bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub. 

News24.az xəbər verir ki, bıçaqlanan şəxslərdən 1990-cı il təvəllüdlü Əsgərov Məhəmmədəli Xəqani oğlu və 1996-cı il təvəllüdlü Əsgərov Toğrul Əli oğlu polis işçisidir. Bu şəxslərdən Əsgərov Məhəmmədəli Daxili İşlər Nazirliyinin Tovuz Regional Qediyyat və Baxış Şöbəsinin rəisi Xəqani Əsgərovun oğludur.