Tovuzda "Mercedes"i aşıran şəxs içkili və sənədsiz olub
    • 20-08-2019, 00:52
    • 852

Tovuzda "Mercedes"i aşıran şəxs içkili və sənədsiz olub

Tovuzda yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.
1990-cı il təvəllüdlü Namsızlı Nəbi Sultan oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb.
Hadisə zamanı avtomobili idarə edən şəxs içkili vəziyyətdə olub.
Üstəlik, sözügedən adamın sürücülük vəsiqəsi də olmayıb.
Qəzada xəsarət alan şəxslərin kimlikləri də bilinib.
Onlar 1997-ci il təvəllüdlü Aslanov Arif Valeh oğlu, 1996-cı il təvəllüdlü Namazov Səid Səfər oğlu, və 1996-cı il təvəllüdlü Əmraslanov Emil Nofəl oğludur.