-
- 5-07-2018, 13:19
- 1 222
Türkiyədə təcavüz və qətldə ittiham olunan azərbaycanlılara hökm oxundu
Türkiyədə dəhşətli cinayət törətmiş azərbaycanlılara hökm öxunub.
News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sunay Həsənov və Kənan Rəfiyev adlı iki Azərbaycan vətəndaşına qarşı məhkəmə qərarı verilib. Onlar Uqanda vətəndaşları olan Violet və Beatris nantaba adlı iki əkiz bacıya qarşı cinayət törətməkdə ittiham olunublar. 2016-cı ilin avqust ayında İstanbula turist kimi gəlmiş uqandalı bacılar pul qarşılığında azərbaycanlı gənclərlə cinsi əlaqəyə girməyə razılıq veriblər.
340 lirə qarşılığında cinsi münasibətdə olan cütlüklərin əyləncə gecəsi faciəvi bitib. Beatris Kənan tərəfindən döyülüb. Bacısının harayına gələn Violeti isə Sunay Həsənov Kənan Rəfiyevin əmri ilə telefon kabeli ilə boğaraq öldürüb.
Onlar Azərbaycana qayıtmaq istərkən türkiyə polisi tərəfindən yaxalanıblar.Hər iki azərbaycanlı ömürlük azadlıqdan məhrum edilib.
Məhkəmə zamanı Kənan Rəfiyev adam öldürmədiyini və təcvüz etmədiyini iddia edərək bəraət istəsə də, hökm dəyişməyib.
İlhamə