-
- 27-07-2019, 11:15
- 1 228
Suriyadakı terrorçulara Bakıdan yarım milyon dollar göndərdilər – ŞOK FAKTLAR
Bakida terroru maliyyələşdirdiyi üçün həbs edilən şəxslər barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
News24.az-ın məlumatına görə, Suriyadakı terrorçulara külli miqdarda pul göndərən Ağayev İlqar Ərşad oğlu, Məmmədov Namiq Natiq oğlu və İbrahimov Sahil Fərhad oğlu barəsində Dövlət Təhlükəsizliyi Xidmətində açılan cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Zeynal Ağayevin icraatına verilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılıb.
Müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlu və digərləri 2017-ci ilin oktyabr ayından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin ediblər.