Bakıda səfir "BMW" ilə qəzaya düşdü
    • 11-10-2019, 21:38
    • 996

Bakıda səfir "BMW" ilə qəzaya düşdü

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Bakıda avtomobil qəzasına düşüb.

News24.az xəbər verir ki, hadisə şəhərin mərkəzində, Səbail rayonu ərazisində baş verib.
Məlumata görə, 58 yaşlı səfirin sürdüyü "BMW" marakı avtomobil Şükür Soltanovun idarə etdiyi "Toyota" ilə toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Səfirin idarə etdiyi avtomobil Meksika səfirliyinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.