Bakıda qonşular arasında dava çıxdı gənc oğlan bıçaqlandı
    • 11-10-2019, 23:30
    • 712

Bakıda qonşular arasında dava çıxdı gənc oğlan bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi olub.


News24.az xəbər verir ki, Suraxanı rayonu Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində qonşular arasında dava olub. Dava zamanı 1992-ci il təvəllüdlü Hüseynzadə Aqşin Musa oğlu qonşusu tərəfinddən  bıçaqlanıb.


Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Həkimlər yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.