Bakıda bu məktəblər birinci oldu –SİYAHI
    • 16-12-2019, 16:40
    • 9 645

Bakıda bu məktəblər birinci oldu –SİYAHI

Bu il 36 orta ümumtəhsil məktəbinin qrant layihəsı qalib elan olunub.

News24.az-ın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev təqvim ilinin yekunları ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, paytaxt üzrə 36 layihə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olub.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 39, 58, 84, 129, 145, 147, 150, 155, 177, 212, 214, 216 və 232 nömrəli tam orta məktəblərə məxsus layihələr Ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasında yer alıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 23 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib.

Afaq Mirayiq