-
- 12-10-2019, 15:43
- 877
"Təhlükəsizliyi gözləmirlər"- Paytaxt sakinlərindən Bakı Şəhər İcra Hakimiyyətinə ETİRAZ
Paytaxtda binaların üstündən çənlərin yığışdırılması narazılığa səbəb olub. Bakı sakini Elmir Səfərli sosail şəbəkədə aidiyyatı qurumların sakinləri əvvəldən xəbərdar etməməsi ilə bağlı narazılığını bildirib: “Həyətdə maşın saxlayıb getmişik, görürük üstündən çən sallayırlar. Heç bir təhlükəsizlik tədbirləri nəzərə alınmayıb. Uşaqlar ora - bura qaçır. Belə iş olar?!”
Məsələ ilə bağlı News24.az-a açıqlama verən Bakı Şəhəri İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov sakinlərin bu məsələdə anlayış göstərmələrini xahiş edib: “Mən şikayətə və şəkilə baxdım. İşçilər dayanıblar, hər tərəfdən təhlükəsizliyə nəzarət edirlər. Əvvəla, onu qeyd edim ki, “Azərsu” QSC tərəfindən böyük işlər görülüb. Bütün yaşayış binalarına 24 saat su verilməsi təmin olunub. O səbəbdən də həmin damlardan çənlər yığışdırılır. İkincisi, cənab Prezidentin tapşırığı var. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən binaların qışa hazırlığı, ümumiyyətlə binaların təmir olunması ilə əlaqədar tədbirlər həyata keçirlir. Binaların dam örtükləri dəyişdirilir. “Azərsu” çənləri binaların üstündən götürür. Yerli qurumlar damları təmir edir, müxtəlif yeni örtüklər çəkir, sonra tam şəkildə təhvil verilir. O ki qaldı, sakinlərin şikayətinə, onlar yaxşı olar ki, avtomobillərini parklama yerlərində saxlasınlar. Bəs, işçilər nə zaman çənləri götürsünlər, gecə? Sakinlər mane olmaqdansa, işçilərə kömək etsinlər”.
Afaq Mirayiq