-
- 7-11-2019, 13:08
- 898
"Həmin binalardan su çənlərini götürmək olmazmış..." "Azərsu" ASC RƏHBƏRİ
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov News24.az-ın əməkdaşının "Paytaxtda binaların üzərindən çənlər yığışdırıldığı üçün bir çox ərazilərdə sakinlər susuz qalıb" sualını cavablayıb.
O qeyd edib ki, bəzi ərazilərdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yanlışlığa yol verilib: "Biz özümüz hər ərazidə fasiləsiz rejimə keçiriksə, diqqət edirik ki, bu ərazini nə qədər dayanıqlı, fasiləsiz su ilə təmin edə bilərik. Risklərimiz varmı, qəza baş verə bilərmi? Və həmin yerlərdə biz dayanıqlı, fasiləsiz su verməni müəyyənləşdirir, bununla bağlı rayon icra hakimiyyətlərinə, Fövqəladə Hallar Nazirliyinə müraciət edirdik. Biz də həmin xətlərin kəsilməsi, su axıntılarının qarşısının alınması üçün dəstək verirdik. Bu çənlərin yığışdırılmasının ilk təşəbbüsünü də biz vermişik. Amma bir anlaşılmazlıq oldu, səhv etmirəmsə, Xətai rayonunda idi. Bakı Şəhər İcra Hakimiyyəti orda layihə həyata keçirəndə çənləri götürmüşdü. Əlaqəsizlik olmuşdu, sonra bizim mütəxəsisslər ora göndərildi. Məlum oldu ki, həmin binalardan çənləri götürmək olmaz. Bu əraziyə fasiləsiz su verməyin mümkün olmadığı məlum oldu. Bu səbəbdən də çənlər geri qaytarıldı. Bundan sonra artıq koordinasiya qurduq ki, hansı qurum layihə icra edirsə, bizimlə razılaşdırsın".
Afaq Mirayiq