Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə GÖRÜŞDÜ
    • 14-10-2019, 11:50
    • 810

Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə GÖRÜŞDÜ

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində nazir Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti Darxan Kidırali ilə görüşüb.

Xarici İşlər Nazirliyindən News24.az -a verilən məlumata görə, Darxan Kidırali Azərbaycanın Akademiyanın fəaliyyətinə hər zaman dəstək verdiyini qeyd edib. Bu xüsusda, Akademiya tərəfindən həyata keçirilmiş bir sıra layihələri vurğulayıb. Onların sırasında UNESCO-da təşkil edilmiş konfranslar, həmçinin dərc edilmiş müxtəlif kitablar, o cümlədən Heydər Əliyevə həsr edilmiş nəşrlərdən danışıb.

Akademiya tərəfindən Naxçıvan sazişinin 10 illik ildönümü ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü, Nəsiminin 650 illik yubileyi, habelə Xocalı soyqırımı ilə bağlı və digər tədbirlərin təşkil edildiyi qeyd olunub və gələcəkdə həyata keçirilməsi planlaşdırılan digər layihələr haqqında məlumat verilib.

Darxan Kidırali Akademiya tərəfindən çap edilmiş kitabları Elmar Məmmədyarova görüş zamanı təqdim edib.
Nazir Akademiya ilə mövcud olan faydalı əməkdaşlığı yüksək qiymətləndirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.