Yasamalda intihara cəhd hadisəsi - Özünü 5-ci mərtəbədən atmaq istədi
    • 25-11-2019, 18:55
    • 804

Yasamalda intihara cəhd hadisəsi - Özünü 5-ci mərtəbədən atmaq istədi

Bakıda intihara cəhd hadisəsi baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.