Yasamalda dama çıxıb intihara cəhd etdi
    • 25-11-2019, 20:39
    • 830

Yasamalda dama çıxıb intihara cəhd etdi

Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib. 
News24.az FHN-ə istinadən xəbər verir ki, 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.