Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ
    • 16-10-2019, 10:57
    • 1 213

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ

Ağdaş rayonunda bələdiyyə sədrinə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, rayonun Korarx bələdiyyəsinin sədri Əhmədov Qismət Əhməd oğlu barəsində vətəndaş şikayəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci, yəni, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda maddəsi ilə iş açılıb.

Məlumata görə, bələdiyyə sədrindən hüquq-mühafizə orqanlarına Xəqani Musayev adlı şəxs şikayət edib. O, cinayət işi üzrə zərərçəkən şəxs qismində tanınıb.