ABŞ-da həbs edilmiş azərbaycanlı iş adamının təqsirsiz olduğu SÜBUT OLUNDU
    • 16-10-2019, 16:15
    • 2 182

ABŞ-da həbs edilmiş azərbaycanlı iş adamının təqsirsiz olduğu SÜBUT OLUNDU

Amerikada yaşayan gənc azərbaycanlı iş adamı Sərxan İmamverdiyev 16 ay öncə həbs edilib.

Xatırladaq ki, ABŞ-da 2018-ci i iyulun 31-də 25 nəfərdən ibarət cinayətkar qrupa qarşı ittiham irəli sürülüb. Qrup üzvlərindən 17-si həbs edilib, səkkizi barədə isə axtarış elan olunub. Nyu-Yorkda saxlanılan 11 nəfər arasında xidmət sahəsində fəaliyyət göstərən “Buta” şirkətinin rəhbəri 30 yaşlı Sərxan İmamverdiyev də olub.

News24.az xəbər verir ki, Sərxan İmamverdiyevin atası Cəmil İmamverdiyev Bizimyol.info saytına zəng edərək bildirib ki, Sərxanın təqsirləndirildiyi maddələr üzrə ittihamlar üzərindən götürülüb. Belə ki, keçən il dostları onun hesabına 300 000 dollar dollar köçürməyi və bunun müqabilində 10000 dollar təmiz qazanc əldə etməyi təklif ediblər. Sərxanın bu pulların yuyulmaq üçün transfer edilmiş çirkli pullar olmasından xəbəri olmayıb.2018-ci il iyul ayının 24 də Sərxan Nyu-york Federal Bürosu tərəfindən həbs edilib və ona qarşı öz hesabını başqasına etibar etmə, bank fırıldaqçılığı,qrup şəklində çirkli pulları yuyulması maddələri ilə ittiham edilib. Onun vəkili doktor David Barretin verdiyi məlumata görə, aparılan araşdırmalar nəticəsində Sərxan İmamverdiyevin üzərindən çirkli pulların yuyulması və bank fırıldaqçılığı maddələri üzrə ittiham qaldırılıb. Bank hesabının başqasına əmanət edilməsi maddəsi üzrə nəzərdə tutulan cəza müddətini isə Sərxan İmamverdiyev artıq çəkmiş hesab edilir. Yanvarın 16-da Federal Məhkəmənin iş üzrə son iclasında həmyerlimizin azadlığa buraxılması gözlənilir.

Qeyd edək ki, Sərxan İmamverdiyev uzun müddət anadan olduğu Gəncə şəhərində və Bakının Xətai rayonunda məhkəmələrdə hüquqşünas kiimi fəaliyyət göstərib.Hazırda onun Amerikadakı şirkətinin fəaliyyəti dondurulub. Azərbaycanın ABŞ-dak səfirliyi də məsələ ilə əlaqədar məlumatlandırılıb. Azadlığa çıxdıqdan sonra Sərxan İmamverdiyevin ABŞ vətəndaşlığının əlindən alınması və deportasiya olunması da istisna edilimir.

Hər bir halda bir iş adamı olaraq Sərxan İmamverdiyev vətənində məsum olduğunun bilinməsini istəyir.