İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib - YENİLƏNİB - VİDEO
    • 17-10-2019, 15:27
    • 815

İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib - YENİLƏNİB - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

News24.az-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.