Kitab oxumaq istəyənlərin arzusunu ürəyində qoydular -Sökdülər
    • 19-10-2019, 00:42
    • 568

Kitab oxumaq istəyənlərin arzusunu ürəyində qoydular -Sökdülər

Bir neçə gün öncə Bakının Nərimanov rayonunda quraşdırılan kitab dayanacağı sökülüb.
News24.az xəbər verir ki, layihənin təşkil olunduğu ilk ərazi Nəriman Nərimanov rayonu, Nazim Hacıyev küçəsində olub. Amma Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət departamentinin əməkdaşları kitabları götürərək dayanacağı söküblər. Onlar buna səbəb kimi dayanacağın icazəsiz qoyulmasını göstəriblər.Qeyd edək ki, layihənin təşkilatçısı olan "Progress club"un icraçı direktoru Röyal Süleymanov burada əsas iki məqsədlərinin olduğunu bildirmişdi: "Birinci məqsəd hamıya aydın olduğu kimi, insanlarda kitab oxuma vərdişlərini artırmaqdır. Əgər dünya ortalamasına baxsanız, görəcəksiniz ki, azərbaycanlılar kitab oxuma vərdişlərinin intensivliyinə görə aşağı sıralarda yer tutur. Biz də bu layihəmizlə çalışırıq ki, kitabları insanlar üçün asan, əlçatan hala gətirək və yavaş-yavaş kitab oxuma vərdişini gücləndirək. Layihəni reallaşdırmaqda ikinci əsas məqsədimiz isə əhalidə "ictimai mülkiyyət" anlayışını aşılamaqdır".