-
- 19-10-2019, 16:26
- 1 056
BŞBPİ-nin İdarə rəisi qanunsuz mitinq haqda: "Saxlanılanlar var, tədbir görüləcək"
"İki gün öncə televiziya vasitəsilə də tərəfimdən müraciət olunmuşdu ki, Bakı şəhəri "28 May" metrostansiyasının qarşısında heç bir aksiya keçirilməyəcək. Bir daha xatırladıram metronun mühafizə zonasına daxil olan heç bir yerdə heç bir aksiya keçirilə bilməz.
Bununla bağlı çıxış elədim və ictimaiyyəti məlumatlandırdım".
News24.az-ın məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı deyib.
İdarə rəisinin sözlərinə görə, cəhd edən insanlar olub, onların da qarşısı polis tərəfindən qətiyyətlə alınıb: "Saxlanılanlar var, onların haqqında da tədbir görüləcək. Onlar təxribat yaratmaq məqsədilə ictimai asayişi pozmağa cəhd etdilər, qarşıları da qətiyyətlə alındı. Hesab edirəm ki, mitinq keçirmək istəyirlərsə, onlar üçün çox yaxşı münasib yer ayrılmışdı". /APA