DİN Hospitalının rəisi Əli Kərimlinin böhtanlarına cavab verdi
    • 20-10-2019, 13:53
    • 653

DİN Hospitalının rəisi Əli Kərimlinin böhtanlarına cavab verdi

Daxili İşlər Nazirliyi ötən gün paytaxtın mərkəzində keçirilən qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin onların ünvanına səsləndirdiyi böhtan xarakterli fikirlərinə cavab verib.  

News24.az xəbər verir ki, DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb. 

İsbi Babaxanov Əli Kərimilinin hospitalda xərəklə təmin edilməməsi məsələsinədə aydınlıq gətirib. 

Qeyd edək ki DİN-in Hospitalında Əli Kərimlinin müayinələrindən sonra onda heç bir problem aşkarlanmayıb.  

Müayinənin nəticələri həkimlər tərəfindən araşdırılıb və bu barədə onun özünə bütün məlumatlar verilib.