ABŞ Suriyada 200 xüsusi təyinatlı döyüşçü saxlayacaq
    • 21-10-2019, 10:43
    • 482

ABŞ Suriyada 200 xüsusi təyinatlı döyüşçü saxlayacaq

ABŞ prezidenti Donald Tramp Suriyanın şərqində bir neçə yüz ABŞ əsgərini saxlamaq fikrindədir.

News24.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Qeyd olunub ki, Suriyada saxlanılması planlaşdırılan 200 əsgər xüsusi təyinatlı döyüşçüdür. Onların arasında Rusiyada qadağan olunmuş İslam Dövləti terror təşkilatı ilə mübarizə təcrübəsini keçmiş əsgərlər də olacaq. Amerikalıların hədəflərindən biri də Rusiya və Suriya qüvvələrinin neft bölgələrinə irəliləməsinə mane olmaqdır.

İddia olunan yer İraqla sərhədə yaxın ərazilər olacaq. Donald Trampın qoşunları çıxarmaq qərarını sərt tənqid etdikdən sonra bu seçim barədə düşündüyü vurğulanır.