Azərbaycanlı aparıcı avtomobil qəzasına düşdü
    • 24-08-2018, 12:04
    • 1 518

Azərbaycanlı aparıcı avtomobil qəzasına düşdü

Tanınmış aparıcı Könül Muxtarova avtomobil qəzasına düşüb.

Avtomobili əzilən Könül qəza zamanı bərk stress keçirib.
Boynundan və bədəninin müxtəlif hissələrindən zədə alan aparıcı saytımıza açıqlamasında dəhşətli ağrılar keçirdiyini bildirib:
“Həmin an şokda idim. Məni taksiyə qoyub evə göndərdilər. Dodağım partladı, ciddi deyil deyib fikir vermədim. Üzüm də şişmişdi. İki gündür boynumda dəhşətli ağrılar var. Burnum da göyərib. Maşınım isə əldən gedib. Çox pis vəziyyətdədir”.

Qeyd edək ki, Könül Muxtarova “Lider” TV-də yayımlanan “7 gün”, “Fortuna” kimi verilişlərinin aparıcısıdır.

//Oxu.az