Könül ARB-yə getdi
    • 27-09-2018, 10:22
    • 2 345

Könül ARB-yə getdi

Aparıcı Könül Muxtarova yeni telekanalda fəaliyyətə başlayacaq. 

News24.az xəbər verir ki, K.Muxtarova çalışdığı "Lider" TV ilə yollarını ayıraraq ARB telekanalına aparıcılıq edəcək. 

Teleaparıcı həmkarı Həmid Özgürlə bu həftədən etibarən şənbə və bazar günləri səhər proqramı ilə izləyicilərin qarşısına çıxacaq. 

Xəbəri dəqiqləşdirmək üçün Könül Muxtarova ilə əlaqə saxladıq. Teleaparıcı ARB TV-də fəaliyyətə başladığını təsdiqləyərək, həftənin şənbə və bazar günləri tamaşaçılara maraqlı veriliş təqdim edəcəklərini vurğuladı. 

Teymur Məmmədov