Ayda su tapıldı
    • 24-08-2018, 12:37
    • 881

Ayda su tapıldı

Ay səthində donmuş halda su tapılıb. Bu barədə NASA açıqlama yayıb.

News24.az xəbər verir ki, Yer peykinin səthində dağılmış buz parçaları aşkarlanıb. Buz parçalarına Ayın cənub qütbündə daha çox rast gəlinib. Şimal qütbündə isə həmin parçalar daha seyrək olaraq yayılıblar. Buz parçaları  təxminən 1 kvadrat metr ölçüdədir. Ən əsası isə həmin maddədən su əldə edilə bilməsi aydınlaşdırılıb. Buna görə də Ayın gələcəkdəki kosmos səfərləri üçün su ehtiyatı rolu oynayacağı bildirilir.

Bir daha qeyd edək ki, artıq Ay insanlar üçün yaşayış yeri səciyyəsi daşımağa başlayır. Bu da o deməkdir ki, insanlar və ölkələr texnologiya yarışına çıxacaqlar. Bu isə növbəti 10 il ərzində bir sıra texnoloji nailiyyətlərin olacağından xəbər verir.