Hindistanın aya göndərdiyi "Vikram" YOXA ÇIXDI
    • 30-09-2019, 09:41
    • 712

Hindistanın aya göndərdiyi "Vikram" YOXA ÇIXDI

Sentyab ayının əvvəlində Hindistanın aya göndərdiyi "Vikram" modulu yoxa çıxıb.

News24.az "Ridus"-a istinadən xəbər verir ki, bu, "NASA"-nın ayın səthində apardığı çəkilişlər zamanı bəlli olub. Mütəxəssislərin sözlərinə görə, proqramlaşdırılmış traektoriyaya əsasən modul araşdırma aparılan hissədən başqa yerdə eniş edə bilməzdi. Onlar həmçinin eniş zamanı modulun parçalandığı ehtimalını da qeyd ediblər. Lakin, ərazidə qəza izini də rast gəlinməyib. Verilən rəsmi açıqlamada "Çox güman ki, "Vikram" kölgədə olan kraterə düşüb. Amma bu da dəqiq məlumat deyil" deyilib. 

"NASA" "Vikram"la bağlı araşdırmanı oktyabr ayında davam etdirəcək.