Yer kürəsinin yaxınlığından daha bir asteroid keçib
    • 5-03-2019, 21:42
    • 1 213

Yer kürəsinin yaxınlığından daha bir asteroid keçib

Yer kürəsinin 441 min kilometr məsafəsindən "2015 EG" asteroidi keçib.

Bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) məlumat yayıb.
42 metrədək ölçüyə malik asteroid ilk dəfə NASA tərəfindən 2015-ci ildə müşahidə olunub.
Qeyd edək ki, “Catalina Sky Survey” tədqiqat proqramı çərçivəsində bu ilin fevral ayının 11-də "2019 CN5" asteroidinin Yer kürəsindən cəmi 118,2 min kilometr, ayın 15-də isə "2019 CS5" asteroidinin 400 min kilometr məsafədə keçdiyi bildirilir.

//SpaceCom