FHN Qusarda dərəyə düşən ŞƏXSİ AXTARIR
    • 22-10-2019, 13:02
    • 514

FHN Qusarda dərəyə düşən ŞƏXSİ AXTARIR

Oktyabrın 21-də saat 18:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusar rayonunun Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur.

FHN-dən News24.az-a verilən məlumata görə, nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.