İlham Əliyev Macarıstan prezidentini TƏBRİK ETDİ
    • 22-10-2019, 16:48
    • 784

İlham Əliyev Macarıstan prezidentini TƏBRİK ETDİ

Prezident İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.

News24.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Macarıstan əlaqələri gündən-günə genişlənməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim sülh və firavanlıq diləyirəm".