-
- 24-08-2018, 17:22
- 1 331
Yerli məşhurların konsertinə biletlər satılır? - SİYAHI
Sentyabr ayının gəlişi, şou-biznes nümayəndələri üçün yeni mövsümün başlanğıcıdır.
Ard-arda konsertlər, mahnılar, kliplər və s. təqdim olunur. Təqvimə nəzər yetirsək, payızın ilk ayı yerli şou nümayəndələrinin konsertləri ilə işarələnib.
Bəs sözügedən konsertlərə bilet satışları nə yerdədir?
Başlayaq 8 senytabr tarixində Yaşıl Teatrda baş tutacaq əməkdar artist Baloğlan Əşrəfovun “Mən də varam dünyada” adlı konsertindən.
2 həftə sonra baş tutacaq konsertə 943 bilet satılıb.
Həmkarından bir həftə sonra isə elə həmin səhnəyə “Xəstəyəm” adlı konsertlə Şəbnəm Tovuzlu çıxacaq. 2500 nəfərlik yerin 1178-i artıq satılıb.
Şəbnəm Tovuzludan 3 gün sonra isə Xatirə İslam sevənlərini bir araya toplayacaq. Konsertə 714 bilet satılıb.
Əməkdar artist Tünzalə Ağayeva da solo konsert verəcək. 20 oktyabr Bakı Konqres Mərkəzində səhnəyə çıxmaq istəyən ifaçının biletlərinin satışı ürəkaçan deyil. 2307 yerdən cəmi 153 ədədi satılıb. Zal 3500 nəfərlik olsa da yuxarı hissələr satışa açılmayıb.
Maraqlı məqamlardan biri isə 9-10-11 noyabr tarixlərində Heydər Əliyev adına Sarayda ənənəvi konsertləri ilə tamaşaçıların üzü güldürən “Bu şəhərdə” ilə bağlıdır. Hər 3 günün bilet satışına nəzər yetirdik. Cüzi fərqi nəzərə almasaq demək olar ki, hər günə satılan biletlərin yerləri eynidir.
Belə ki, 1887 nəfərlik zalda ayın 9-na 592, 10-na 630, 11-nə isə 538 bilet satılıb.
Teymur Məmmədov