"Formula 1" Azərbaycan Qran Prisinə  biletlər tamamilə satılıb
    • 7-03-2019, 18:15
    • 791

"Formula 1" Azərbaycan Qran Prisinə biletlər tamamilə satılıb

“2019 Formula 1 Azərbaycan Qran Prisinə 50 günün qaldığı ərəfədə Filarmoniya tribunasına olan biletlər artıq tamamilə satılıb”.

Bu barədə News24.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim biletlərin böyük hissəsinin satıldığını bildirib: “İndiyədək 52 ölkədən bilet alınıb. Ümumilikdə biletlərin 70 faizə yaxını satılıb. Satılan biletlərin 78 faizi xarici ölkələrin payına düşür.

Əvvəlki illərdəki ilə müqayisədə bu il Qərbi Avropa ölkələrindən, xüsusən də Böyük Britaniyadan bilet alanların sayında kəskin artım qeydə alınıb”.

Bülənt Özərdim qeyd edib ki, həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə biletlərin satış tempində 10 faizlik artım müşahidə olunur: “Yaxın günlərdə konsert proqramlarının detalları açıqlandıqdan sonra bilet alışlarının daha da intensivləşəcəyi gözlənilir”.

Sevinc YASİNQIZI