Demet, Yıldız, Murad və Sıla - Kim daha çox bilet satdı? - SİYAHI
    • 28-08-2018, 16:00
    • 1 771

Demet, Yıldız, Murad və Sıla - Kim daha çox bilet satdı? - SİYAHI

Xəbər verdiyimiz kimi, bu il Bakı Konqres Mərkəzində bir neçə türkiyəli ulduzun konserti gözlənilir.

News24.az olaraq payız və qış aylarına təsadüf edən Demet Akalın,  Murad Boz və Sıla konsertlərin bilet satışlarını araşdırdıq.
Əldə etdiyimiz nəticə isə belə oldu:

29 sentyabra planlaşdırılan müğənni Demet Akalının konsertinə 3500 biletdən cəmi 331-i satılıb. Həmin yerlərdən neçəsinin satılması, neçəsinin isə təşkilatçı tərəfindən satışdan çıxarılması haqda məlumatımız yoxdur.

Türkiyənin dəli-dolu ifaçısı Yıldız Tilbenin bilet satışları da ürəkaçan deyil. Belə ki, burada da 3500 yerdən 270-i ya satılıb, ya da satışdan çıxarılıb. Saytımıza daxil olan məlumata görə isə konsertin cəmi 30 bileti pul ilə alınıb. Digərləri isə dəvətnamədir.



Yerli və türk xanımların sevimli Murad Boz da paytaxtımızın qonağı olacaq. 21 dekabra təsadüf edəcək konsertin 3500 oturacağından 282-i məşğuldur. Qeyd olunan məşğul yerlərdən neçəsinin dəvətnamə olduğunu isə təşkilatçılar daha dəqiq bilir.



Qardaş ölkənin sevilən müğənnisi Sıla 2018-ci ilin son günlərində Bakı Konqres Mərkəzinin səhnəsinə çıxacaq. İfaçının konsertinə digər həmkarlarında olduğu kimi 3500 nəfərlik yer satışa qoyulub. İndiyədək isə 3500 yerdən 1587-si satılıb.



Teymur Məmmədov