-
- 27-03-2019, 11:16
- 797
Filarmoniya tribunasına olan biletlərin hamısı satılıb
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin nəzərinə çatdırır ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinə 50 günün qaldığı ərəfədə Filarmoniya tribunasına olan biletlər artıq tamamilə satılıb.
News24.az xəbər verir ki, BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim biletlərin böyük hissəsinin satıldığını bildirib: “İndiyədək 52 ölkədən bilet alınıb və ümumilikdə biletlərin 70 faizə yaxını satılıb. Satılan biletlərin 78 faizi xarici ölkələrin payına düşür.
Əvvəlki illərdəki ilə müqayisədə bu il Qərbi Avropa ölkələrindən, xüsusən də Böyük Britaniyadan bilet alanların sayında kəskin artım qeydə alınıb.
Həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə biletlərin satış tempində 10 faizlik artım müşahidə olunur. Yaxın günlərdə konsert proqramlarının detalları açıqlandıqdan sonra bilet alışlarının daha da intensivləşəcəyi gözlənilir”.