Əməkdar artistin istefasına cavab gəldi
    • 24-10-2019, 23:32
    • 1 178

Əməkdar artistin istefasına cavab gəldi

Əməkdar artist Elnur Kərimovun Azərbaycan Teatr Xadimləri İttifaqından istefa verməsi məsələsinə qurumdan reaksiya verilib. 

News24.az xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat paylaşan Elnur Kərimov qeyd edib: "Mən artıq TXİ-nin üzvü deyiləm. Müsbət cavab gəldiyi üçün təşəkkür edirəm”.

Xatırladaq ki, əməkdar artist Elnur Kərimov ittifaqın oktyabrın 22-də keçirilən qalmaqallı konfransına buraxılmayıb. 

Əməkdar artist buna etiraz olaraq qurumun üzvlüyündən istefa verməsi ilə bağlı ərizə yazdığını bildirmişdi.

Qeyd edək ki, jurnalistlərin də buraxılmadığı konfransda qalmaqal yaşanmış, xalq artisti Afaq Bəşirqızı konfransı boykot etmişdi.
/musavat.com/