-
- 22-10-2019, 12:26
- 975
Teatr Xadimləri İttifaqından QALMAQALLI KONFRANS - FOTOLAR
Bu gün Bakıda Teatrlar Xadimləri İttifaqının növbəti konfransı başlayıb. Musavat.com xəbər verir ki, konfransda mədəniyyət naziri Əbülfəs Qarayev, ittifaqın rəhbərliyi, üzvləri, tanınmış teatr və kino xadimləri iştirak edir.
Tədbiri giriş sözü ilə qurumun indiki sədri, xalq artisti Azərpaşa Nemətov açıb. Xalq artisti ittifaqın konfransını açıq elan edərək, bildirib:
"Konfransa 84 nəfər nümayəndə seçilib. Onlardan 82 nəfəri hazırda tədbirdə iştirak edir. Digər iki nəfər isə üzürlü səbəbdən iştirak etmir".
Xalq artisti daha sonra hər kəsi ittifaqın gördüyü işləri əhatə edən videoçarx izləməyə dəvət edib.
Hazırda konfrans öz işini davam etdirir.
Qeyd edək ki, artıq bir neçə gündür ki, ittifaqın bu tədbiri ətrafında qalmaqallar gedir. Belə ki, qurum sədrliyinə öz namizədliyini irəli sürən xalq artisti Afaq Bəşirqızı bir müddət bundan əvvəl qurultayın şəffaf keçirilməsi ilə bağlı ölkə prezidentinə müraciət ünvanlanmış, Azərpaşa Nemətov barəsində ağır ittiham lar səsləndirmişdi.
Onu da əlavə edək ki, ittifaqın üzvü xalq artisti Şəfiqə Məmmədova, xalq artisti, rejissor Eldar Quliyev iştirak etmir. Ölkə.az saytının yazdığına görə xalq artistləri seçkinin qeyri-şəffaf keçirilməsinə etiraz edərək, konfransı boykot ediblər.