Babək prospekti (maşın bazarının qarşısında) sıxılmış qaz borusunun daşınması zamanı əmələ gələn çətinlik nəqliyyat vasitələrinin hərəkətinə mane yaradıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hazırda Babək prospekti şəhər istiqamətində sıxlıq müşahidə edilir.

Bu səbəbdən həmin ərazidən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr var.

Fotolar

Teglər: Azərbaycan Bakı Babək prospekti Tıxac BNA Bakı Nəqliyyat Agentliyi Boru
Kotanli