Sevincli Paşinyan: O, Merkeldən nə istəyəcək? - ŞƏRH
    • 24-08-2018, 22:00
    • 775

Sevincli Paşinyan: O, Merkeldən nə istəyəcək? - ŞƏRH

Ermənistan-Almaniya münasibətləri heç vaxt rəsmi Yerevanın Avropa siyasətində prioritet olmayıb. Ermənistanla Paris arasındakı münasibətlər həmişə müstəsna prioritetdə olub. Ancaq Berlinin Avropa və beynəlxalq işlərdə çəkisini nəzərə alaraq, Ermənistan fürsət düşəndə Almaniya ilə münasibətlərin Yerevan üçün xüsusi əhəmiyyət kəsb etdiyini anlatmağa çalışıb. 

Bu fikirləri  Almaniya kansleri Angela Merkelin Yerevanı şərh edən azərbaycanlı ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib. 

Onun sözlərinə görə, alman sərmayəsinin Ermənistan iqtisadiyyatına qoyulan investisiyalar arasında xüsusi yer tutduğunu və Rusiyadan sonra ikinci olduğunu qeyd etmək vacibdir. 

“Ermənistanın çətin iqtisadi vəziyyətini nəzərə alsaq, müzakirə edilən məsələlər arasında ən vacibinin Almaniyanın Ermənistana iqtisadi köməyilə bağlı mövzunun olacağını demək olar”, - ekspert bildirib.  

O qeyd edib ki, Ermənistan-Almaniya danışıqlarının əsas mövzusu Paşinyanın Merkeldən nə qədər və nə üçün pul tələb etməsi olacaq. 
Azərbaycanlı ekspert Tofiq Abbasov deyib ki, Yerevanın hər kəsdən eyni istəkləri var – maddi dəstək, Bakıya və Ankaraya təzyiqdir. 
“Paşinyan Merkeldən bunu istəyəcək. Ermənistan baş naziri bununla Berlinin və Avropa Birliyinin inamını qazanmaq istəyir, ancaq Ermənistanda hələ də Koçaryan və Sarqsyan kimi cəhalətpərəstlərin xəttini davam etdirirlər”. 
Onun sözlərinə görə, Yerevan kənar qüvvələrlə konkret münasibətlər qura bilməz, çünki Ermənistan bunun qarşılığını heç nə ilə ödəyə bilməyəcəklər. 
“Ancaq ac demokratiya ola bilməz və ümumiyyətlə, hərbiləşdirilmiş sistemli qeyri-stabil ölkə heç nəyə yararlı deyil. Merkel üçün Qafqazda iki subyekt vacibdir – Azərbaycan və Gürcüstan”, - Abbasov qeyd edib. 
Xatırladaq ki, Almaniya kansleri Angela Merkel bu gün Yerevana işgüzar səfərə gəlib. O, Yerevandan sonra Azərbaycan paytaxtına gələcək. 
//Oxu.az