Anar Ağakişiyev Türk kanalının qonağı oldu -dünya starı Paris Hiltonla iş birliyindən danışdı
    • 26-10-2019, 23:31
    • 2 501

Anar Ağakişiyev Türk kanalının qonağı oldu -dünya starı Paris Hiltonla iş birliyindən danışdı

Stilist Anar Ağakişiyev Türkiyədə Bəyaz TV də yayımlanan "İyi ki, varsın" programının qonağı olub.
News24.az xəbər verir ki, verilişin aparıcılarından olan keçmiş maniken Şenay Akay həmyerlimizi dünyanın ən məşhur make-up artisti, ustaların ustası kimi təqdim edib. Ağakişiyev sözlərinə çıxdığı dünya turundan söhbət açaraq başlayıb. Bildirilib ki, çirkin qadın yoxdur, baxımsız qadın var: "Çıxdığım dünya turu da bu şüar altında baş tutub. Make-up artistlərinə workshop verirdim. Workshoplar hər kəsin üzünə açıqdır. Əsas odur ki, öz gözəlliyinə düzgün ifadə verə bilsinlər".
Veriliş əsnasında Şenay Akayın makiyajı barədə də fikir bildirib: "Kiçik yaşlarından görmüşəm ki, Şenay xanım podiumlarda boy göstərir. Bu sahədə çalışan birinin istəsə də yanlış makiyaj etmək kimi bir ehtimalı ola bilməz. Dərinizə çox gözəl qulluq etdiyiniz dərhal hiss olunur. Çox fresh görünürsünüz. Fürsətdən istifadə edib xanımlara bildirmək istəyirəm ki, SPF-siz tonal krem üzə vurmasınlar. Yayda kirşan (pudra) məsləhət görmürəm. Mən məsləhət görərdim ki, tonal krem əvəzinə bb krem istifadə etsinlər. Tonal krem dərinin nəfəs almasının qarşısını alır".
Vurğulanıb ki, Anar Ağakişiyev hər zaman problemli dəriləri olan xanımları bəzəməyə üstünlük verir. Buna səbəb isə digər həmkarlarından seçilə bilməkdir və asana qaçmamasıdır: "Düşündüm, nə edə bilərəm ki, digərlərindən seçilim. Formullar axtardım tapdım. Bu qabiliyyətimi də Amerikada, Avropada qiymətləndirdilər. "Anar üçün zaman durur" deyə haqqımda deyimlər səsləndirdilər. Paris Hilton ilə sosial məcrada bir-birimizi izləyirik. Gələcəkdə iş birliyimiz də olacaq. Hazırda menecerlərimiz bu barədə danışıqlar aparırlar".
Qeyd edək ki, həmyerlimiz Demet  Akalın, Sinem Kobal, Neslihan Atagül,  Müşərrəf Akay, o cümlədən, bir çox dünya ulduzları - Irina Shayk, Nicole  Scherzinger və başqaları ilə də  çalışdığını bildirib. Sözügedən görüntüləri sizə təqdim edirik: