10 il cavanlaşdıran yapon masajı Yaponların özünə qulluq sirrləri
    • 27-10-2019, 00:50
    • 2 942

10 il cavanlaşdıran yapon masajı Yaponların özünə qulluq sirrləri

Yaponların cavanlıq sirri təkcə qidalanma qaydalarında gizlənməyib, bu, həm də özünə qulluq qaydaları ilə bağlıdır.
News24.az xəbər verir ki, yapon masajı dərinin gəncliyini və təravətini qorumaq üçün effektli üsuldur. Onlar yüz illərdir ki, bu masaj texnikasından istifadə edirlər.
Yapon masajında digərlərindən fərqli olaraq usta dərininin alt təbəqələrinə təsir edərək əzələləri və birləşdirici toxumaları hərəkətə gətirir, hətta kəllə sümüklərinə təsir edir. Bundan başqa, Asaxi masajı barmaqlarla deyil, bütün əl ilə yerinə yetirilir.
Yapon masajının vasitəsi ilə limfalarda qan dövranını yaxşılaşdırmaq, mimik qırışlarla mübarizə aparmaq, ödəmləri aradan qaldırmaq, dərinin rəngini canlandırmaq, hətta sallanmış buxaqdan xilas olmaq mümkündür.
Dərini təmizləmək əvvəlcədən lazımdır. Üzünüzü isti su və dərini yumşaldan istənilən vasitə ilə yuyun, daha sonra salfetlə islanmış dərini qurulasın. Dərini ölü hüceyrələrdən təmizləyən skrabdan da istifadə etmək olar. Masaj hərəkətləri sərt olmalıdır. Ümumiyyətlə, hər masaj hərəkətləri və istiqamətləri fərdidir. Masaj yağından və ya kremdən də istifadə etmək olar.


Kimə olmaz?

Yapon masajı aşağıdakı hallarda olmaz:
1.Limfatik sistemin xəstəlikləri olduqda
2.Faringit və ya digər LOR-patologiyası
3.Müxtəlif etiologiyalı dəri xəstəlikləri
4.Virus
5.Xroniki yorğunluq sindromu
6.Dərialtına-piyli təbəqəsi olanlara bu masaj çox nazik şəkildə tətbiq olunur
7.Kuperoz.