-
- 28-10-2019, 18:51
- 1 085
İki rayonun təhsil şöbəsinə yeni rəhbər TƏYİN OLUNDU - EKSKLÜZİV
Tərtər və Siyəzən rayonlarının Təhsil Şöbələrinə yeni müdir təyin olunub.
News24.az-ın xəbərinə görə, təhsil naziri Ceyhun Bayramov Yaşar Məhərrəmovun Tərtər rayonunun, Pərvin Ağasıyevin isə Siyəzən rayonunun Təhsil Şöbəsinə rəhbər təyin olunması ilə bağlı əmr imzalayıb.
Qeyd edək ki, Pərvin Ağasıyev Siyəzən rayon Təhsil Şöbəsinə 18 il rəhbərlik etmiş Rəfail Hacıyevin yerinə təyin olunub. R.Hacıyev tutduğu vəzifədən öz istəyi ilə uzaqlaşıb.
Yaşar Məhərrəmov isə bir müddət əvvəl Tərtər rayon Təhsil Şöbəsinə rəhbərlikdən uzaqlaşdırılan Surxay Mirzəyevin əvəzinə təyin edilib.
Siyəzən Təhsil Şöbəsinin yeni rəhbəri Pərvin Ağasıyev News24.az-a yeni təyinatla bağlı xəbəri təsdiqləyib: “Bundan öncə Siyəzən şəhər Şirin İsmayılov adına 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışmışam. Təxminən iki ilə qədər həmin məktəbə rəhbərlik etmişəm. İndi də Təhsil Nazirliyi tərəfindən mənə böyük etimad göstərilib. Bu vəzifə böyük məsuliyyət tələb edən məsələdir. Biz də bu məsuliyyətin altına girmişiksə, onun öhdəsindən gəlməyə çalışacağıq. Bu sahədəki neqativ hallara qarşı mübarizə aparacaq, təhsilin inkişafı üçün əlimizdən gələni edəcəyik”.