Ceyhun Bayramov yeni rəis təyin etdi
    • 13-10-2019, 11:35
    • 1 199

Ceyhun Bayramov yeni rəis təyin etdi

Tovuz rayon Təhsil Şöbəsinə yeni rəis təyin edilib. 


News24.az xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Elmira Mürşüdlü Tovuz rayon Təhsil Şöbəsinin rəisi təyin edilib.


E. Mürşüdlü daha öncə Aşağı Quşçu kənd 1 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb.

Yeni rəis Validə Hüseynovanı əvəz edib.