Oqtay Əsədov:
    • 29-10-2019, 21:35
    • 1 151

Oqtay Əsədov: "Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Türkiyənin Dağlıq Qarabağ barədə siyasəti..."

"Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Türkiyənin Dağlıq Qarabağ barədə siyasəti açıq və aydındır. Türkiyə prezidenti bildirib ki, Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü əsasında, sülh yolu ilə həllini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Bu dəstəyə görə bir daha Türkiyə xalqına öz dərin minnətdarlığımı bildirirəm".


News24.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində təşkil olunan rəsmi qəbulda deyib.


"Xalqlarımızın birliyi və bərabərliyi əsrlərin sınağından çıxıb və bugünkü səviyyəyə çatıb. Əminəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri Türkiyə-Azərbaycan əlaqələrini daha da inkişaf etdirəcək. Bayramınızı təbrik edirəm. Yaşasın Azərbaycan-Türkiyə dostluq və qardaşlığı!", - O.Əsədov vurğulayıb.