İstefa verən Hafiz Paşayevdən açıqlama:
    • 30-10-2019, 00:13
    • 1 033

İstefa verən Hafiz Paşayevdən açıqlama: "Təqaüd yaşı çatan digər məmurlara çağırış..."

Azərbaycanın Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Prezident İlham Əliyevə müraciətindən danışıb.


News24.az xəbər verir ki, Hafiz Paşayev açıqlamasında bildirib ki, o, Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunması ilə bağlı ölkə başçısına müraciət edib:


"Cənab Prezidentin son çağırışından sonra öz ərizəmlə ölkə başçısına müraciət etmişəm. Təqaüd yaşı çatan digər məmurlara çağırış etmək mənim vəzifəm olmasa da, düşünürəm ki, ölkə Prezidentinin bununla bağlı tövsiyəsi təqdirəlayiq addımdır. Bundan sonra fəaliyyətimi ADA-da rektor kimi davam etdirəcəm".

/Demokrat.az/